AZ

Rəşad Sadıqov avtomobil qəzasına düşüb

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Ayaks” (0:3) oyununu izləməyə gedən Rəşad Sadıqov matç başa çatdıqdan sonra stadion ərazisini tərk edərkən avtomobil qəzası keçirib.

Qəza zamanı R.Sadıqovun “Range Rover” markalı avtomobilinə maddi ziyan dəyib.

“Zirə” klubundan Oxu.Az-a verilən məlumata görə, hadisə zamanı Rəşad Sadıqov heç bir xəsarət almayıb.

Daha sonra avtomobil evakuator vasitəsilə hadisə yerindən götürülüb:

“Rəşad Sadıqovun vəziyyəti yaxşıdır və hansısa ciddi bir xəsarəti yoxdur”.

Seçilən
10
8
editor.az

9Mənbələr