AZ

"Apple" yeni təqdimatının vaxtını açıqladı

“Apple”ın marketinq rəhbəri Greg Joswiak yeni kompüterlərin elanlarını açıqlayıb.

Trend xəbər verir ki, “X” sosial şəbəkəsindəki səhifəsində o bildirib ki, gələn həftə şirkət bir neçə yeni məhsul təqdim edəcək.

G.Joswiak-ın sözlərinə görə, ilk elan bazar ertəsi günü olacaq:

“Bizi bazar ertəsi səhərindən başlayaraq, həyəcanverici elanlar həftəsi gözləyir. İzləmədə qalın".

G.Joswiak tərəfindən yerləşdirilən tizerə “Mac” haqqında xatırlatma və “Apple” loqotipinə çevrilən “macOS Finder” ikonasının qısa klipi daxildir.
 

Seçilən
10
50
valyuta.az

10Mənbələr