AZ

Məktəblərdə dayanıqlılıq mövzusunda seminarlar keçirib (FOTO)

Bakı. Trend:

COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən dayanıqlılığıntəşviqi və bu istiqamətdə praktiki həllərin təbliği üzrəfəaliyyətin bir hissəsi olaraq orta məktəb şagirdləri üçünseminarlar keçirilib.

Trend xəbərverir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkəti məlumatyayıb.

Bildirilib ki, seminarların əsas məqsədi yeniyetmə və gənclərəiqlim dəyişmələrindən qaynaqlanan problemlərin aşılanması, buproblemlərin ünvanlanmasında cəmiyyətin hər bir nümayəndəsininüzərinə düşən rolun və öhdəliklərin vurğulanması, eləcə də ətrafmühitin mühafizəsinə töhfə vermək üçün ekoloji baxımdan düzgünqərarların verilməsinə çağırmaq olmuşdur. Seminar çərçivəsindəməktəb şagirdləri Dayanıqlı İnkişaf Məqsədləri, beynəlxalq iqlimtəşəbbüsləri və sazişlərinin qlobal iqlim siyasətinə təsiri və bukimi digər mövzularda ətraflı məlumatlandırılıblar.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Dayanıqlılıqdepartamentinin mütəxəssisləri tərəfindən təşkil edilən seminardamüxtəlif şəhər orta məktəblərinin 8-ci və 9-cu sinif şagirdləriiştirak edib. Əməliyyat Şirkətinin nümayəndələri seminarçərçivəsində həmçinin bu ilin noyabr ayında Bakıda baş tutacaqCOP29 konfransının mahiyyəti və əhəmiyyəti haqqında məlumatlarıbölüşüblər.

Sessiyanın sonunda şagirdlər üçün sual-cavab sessiyası və iqlimfəaliyyəti mövzusunda davranışlarını inkişaf etdirmək məqsədiləinteratkiv oyunlar keçirilib.

Məktəblərdə
Məktəblərdə
Məktəblərdə
Məktəblərdə
Seçilən
17
12
az.trend.az

10Mənbələr