Bu gün Milsi Premyer Liqasında 11-ci tur başlayacaq.

Offsideplus.az xəbər verir ki, tur Qərb derbisi ilə start götürəcək.

"Turan Tovuz" doğma meydanda "Kəpəz"i qəbul edəcək. Kurban Berdiyevin baş məşqçi olduğu Tovuz komandası 21 xalla turnir cədvəlinin ikinci yerindədir. Qələbə, komandanı zirvəyə yüksəldə bilər. Gəncə klubu isə autsayder mövqeyindədir. 

Xatırladaq ki, üç günü əhatə edəcək turun qalan oyunları 26-27 oktyabrda keçiriləcək.

Misli Premyer Liqası

11-ci tur

25 oktyabr

19:00. "Turan Tovuz" – "Kəpəz"

Tovuz şəhər stadionu.