AZ

Azərbaycanda tələbələr QƏZAya düşdü - ÖLƏN var

Göygöldə ölümlə nəticələnən qəza baş verib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, rayon ərazisində “VAZ - 21015” və “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə rayon sakinləri 18 yaşlı Fariz Məhərrəmov, 40 yaşlı Xəyal Rzayev və 18 yaşlı Heydər Hüseynov xəsarət alıblar.

18 yaşlı Ramal Qurbanzadə isə aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Verilən məlumata görə, qəzaya düşən gənclər Gəncədə təhsil alan tələbələr olub.


Seçilən
10
25
news24.az

10Mənbələr