AZ

Bu dövlət qurumunda vakansiya - baş mütəxəssis axtarılır

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) Peşə və ömürboyu təhsilin proqramları şöbəsi üçün tədqiqat sahəsində baş mütəxəssis vəzifəsinə vakansiya elan edib.

Modern.az xəbər verir ki, vakansiya üzrə əsas istiqamət peşə təhsilinin nəzəri və təcrübi məsələləri ilə bağlı prioritetlərin müəyyənləşdirilməsi və strateji planlaşdırma üzrə tədqiqatların aparılması.

Namizədlər ali təhsillli olmalı, tədqiqat sahəsində minimum 2 il iş təcrübəsinə sahib olmalı, onların analitik və tənqidi düşünmə bacarığı, rəqəmsal bacarıqları, ingilis dilində səlis danışıq qabiliyyəti, yeniliyə və peşəkar inkişafa açıqlığı, təhsil sahəsində işləmək həvəsi olmalıdır.

Vəzifə öhdəliklərinə

- peşə və ömürboyu təhsilin təşkili və idarə olunmasının təkmilləşdirilməsi, tədris prosesinin yeni texnologiyalarla və müasir metodlarla qurulması üzrə tədqiqatların aparılması;

- peşə və ömürboyu təhsilin istiqamətləri üzrə texnoloji, təşkilati və sosial yeniliklərin tədrisi prosesində innovasiyaların tətbiqinin araşdırılması;

- peşə təhsili sahəsi üzrə yerli və beynəlxalq qabaqcıl təcrübələrin öyrənilməsi və təkliflərin hazırlanması;

- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək daxildir.

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən 10 noyabr tarixinədək CV-lərini peseveomurboyu@arti.edu.az elektron ünvanına “Tədqiqat üzrə baş mütəxəssis” başlığı ilə göndərmələri xahiş olunur.

Seçilən
14
1
modern.az

3Mənbələr