AZ

"Lyon"un baş məşqçisi "Beşiktaş"a uduzmalarından danışdı: "Söz tapa bilmirəm..."

Avropa Liqasının 3-cü turunda "Beşiktaş"a 1:0 hesabı ilə uduzan Fransanın "Olimpik Lyon" komandasının baş məşqçisi Pyer Sage məğlubiyyıətə izah tapa bilmədiyini deyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, əllərində olan fürsətlərdən yararlana bilmədiklərinə təəssüflənib: "Söz tapa bilmirəm. Biz çox fürsətləri əldən verdik. Bu matçda qalib gələ bilərdik. İlk yarıda çox yaxşı imkanlarımız oldu, lakin onlardan yararlana bilmədik. "Beşiktaş" ikinci hissədə sürətli hücumlarla bizi təzyiqdə saxladı və qalib gəldi. Məğlubiyyətə görə üzr istəyirəm".

Fərid Aslan
MİA.AZ

Seçilən
11
1
mia.az

2Mənbələr