AZ

Filippində qasırğa nəticəsində ölənlərin sayı 46-ya çatıb

Filippində iki gündə iki aylıq yağış yağan "Trami" tropik qasırğası nəticəsində ölənlərin sayı 46-ya çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə GMA News məlumat yayıb.

Filippin Mülki Müdafiə Departamentinin məlumatına görə, oktyabrın 23 və 24-də baş vermiş təbii fəlakət nəticəsində 20 nəfər itkin düşüb, 7 nəfər yaralanıb.
Daşqınlar səbəbindən on minlərlə insan təxliyə edilib.

Filippinin Milli Meteorologiya Bürosu küləyin sürətinin 85 km/saata çatdığını qeyd edib.
Luzondakı hökumət idarələri və məktəblər oktyabrın 25-də bağlanacaq və qərb sahilində iki metrə qədər dalğa xəbərdarlığı qüvvədədir.

Seçilən
18
ucnoqta.az

1Mənbələr