AZ

Bu gün saat 16:00: Azərbaycan (Qadınlar) - Portuqaliya (Qadınlar)

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının pley-off mərhələsində ilk oyununu keçirəcək.
Millimiz Portuqaliya yığması ilə üz-üzə gələcək. “Liv Bona Dea Arena”da baş tutacaq qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Saat 16:00-da başlayacaq matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
 
25 oktyabr
 
Azərbaycan (Qadınlar) – Portuqaliya (Qadınlar)
Liv Bona Dea Arena. Saat 16:00
Baş hakim: Fabienne Michel (Almaniya)
Baş hakimin köməkçiləri: Melissa Joos (Almaniya), Amina Gutschi (Avstriya)
Dördüncü hakim: Karoline Wacker (Almaniya)
Seçilən
30
affa.az

1Mənbələr