Bu gün Misli Premyer Liqasının XI turuna start veriləcək.

Offsideplus.az xəbər verir ki, 5 qarşılaşma 3 gün ərzində baş tutacaq. Görüşlər "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Misli Premyer Liqası

XI tur

25 oktyabr (cümə)

"Turan Tovuz" - "Kəpəz"

Tovuz keçiriləcək Qərb derbisinin favoriti "Turan Tovuz"dur. "Boz qurd" Kurban Berdiyevin gəlişindən sonra avrokuboklar uğrunda mübarizənin əsas namizədlərindəndir. Bu mövsüm 1 məğlubiyyəti olan kollektiv autsayder üzərində qələbə qazanaraq lider "Qarabağ"la xal fərqini 1 günlükdə olsa eyniləşdirmək istəyir.

Gəncəlilər isə bu görüşdə çıxış arzusundadırlar. Cəmi 3 xalı olan "Kəpəz" pis gedişə son vermək istəyir. Çempionatın sonuncusu olan "dağlılar" Qərb derbisində sürprizə imza ata bilərlər.

Ümumiyyətlə, bu komandalar indiyə kimi 9 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 6-da "Turan Tovuz" qələbə qazanıb. 2 qarşılaşmada gəncəlilər qalib gəliblər. 1 oyun isə heç-heçə bitib. Topların fərqində də "boz qurd" öndədir - 15:3.

Oyunla bağlı maraqlı məqamlar çoxdur. "Turan Tovuz" doğma meydanda "Kəpəz"ə məğlub olmayıb. Tovuzlular hətta gəncəlilərdən top da buraxmayıb.

"Turan Tovuz" - "Kəpəz" matçlarında ən çox qol vuran futbolçu "boz qurd"un sabiq üzvü Runi Evadır. Kamerunlu forvard gəncəliləri 4 dəfə məyus edib. Hazırda çıxış edən futbolçular arasında ən çox fərqlənən oyunçu isə Xəyal Nəcəfovdur. Yarımmüdafiəçi derbilər də 3 dəfə fərqlənib.

Maraqlı məqamlardan biri də baş məşqçilərlə bağlıdır. Azər Bağırovun çalışdırıcı kimi hələ "Turan Tovuz" üzərində qələbəsi yoxdur. Mütəxəssis "Araz-Naxçıvan"a rəhbərlik etdiyi 2023/24 mövsümündə "Boz qurd"a qarşı keçirdiyi hər üç görüşdə də məğlub olub - 0:3, 1:3, 0:2.