AZ

Azərbaycanda yeni doğulan körpələr: hökumətin birdəfəlik yardımına nə almaq olar?

“O gün oturub fikirləşirdim ki, kaşanın sonuncusudur, bu gün verdim, bəs, sabah nə verəcəm bu uşağa? Düşünürdüm ki, çörəyi çayda-suda əzib verərəm, yeyər. Bircə ac qalmasın”, - bu, Masallıda yaşayan Nərmin Həsənovanın 5 aylıq körpəsini doydurmaq planıdır.  

Nərmin Həsənova bir çox ana kimi, Azərbaycanda yeni doğulan uşaqlara verilən birdəfəlik müavinətdən və daimi uşaq pulunun olmamasının gənc anaya yaratdığı sıxıntılardan gileylənir. 

“Bir də baxdım anam zəng edir ki, kaşanın hansından alım gətirim? Ümumiyyətlə, çox olur ki, pis vəziyyətdə qalıram. Bax, o dəfə 3-4 bezi qalmışdı. Qardaşımın körpə qızının böyük ölçüdəki bezini bağladım”, - o, söhbətinə davam edir. 

Nərmin Həsənova övladı doğulanda 300 manat “südpulu” alıb, amma bu məbləğ uşağın təməl ehtiyacları üçün "yetərli olmayıb".

Azərbaycan gənclərinin ixtiraları: minaaxtaran robot, dənizi təmizləyən, bitki əkən qurğularAutizmli oğlu üçün ixtisasını dəyişmiş Nailə Həsənzadə: "Lupa ilə onun dünyasına girə bilmişdim"Azərbaycanda autizm reabilitasiyası: "Özəl və baha"

“O pul uşaq ana südü ilə kifayətlənmədiyi üçün yeməyə, pampersə və vacib dərmanlara getdi”, - Nərmin BBC News Azərbaycancaya deyir. 

Üç ay əvvəl həyat yoldaşını itirən Nərmin körpəsinə baxdığı üçün işləyə bilmir. O, ara-sıra bəzi xırda işlər görərək pul qazanmağa çalışsa da, söylədiyinə görə, bu onların ehtiyaclarını qarşılamır.

körpələr,
Seçilən
55
bbc.com

1Mənbələr