AZ

Dünyada ən balaca ekskavator insan ovcuna yerləşir - FOTO/VİDEO

"Ola bilsin ki, əllə idarə olunması üçün siz onun kabinəsinə yerləşməyəcəksiniz, amma bu ekskavator məsafədən idarə etmək üçün çox dəqiq pultla təchiz edilib..."
 
Dünyada ən kiçik tam funksiyalı ekskavator təqdim edilib. O, məsafədən idarə olunur.
 
Moderator.az xəbər verir ki, bu barədə "Oddity" nəşri yazıb.
 
"Nano Tracks N320" məsafədən idarə edilən miniatür ekskavatordur, həqiqi ekskavatorun cəmi 1/64 hissəsini təşkil etsə də, oyuncaq deyil, tam funksiyalıdır.
 
Bu ekskavator hər bir hərəkətə dəqiq nəzarət etməyə imkan verən altı müstəqil mütənasib mühərriklə, habelə elektron təmas həlqəsi, müstəqil idarəedilən ox, təknə (kovş) və ayrıca tırtılla təchiz edilib.
 
Ola bilsin ki, əllə idarə etmək üçün siz onun kabinəsinə yerləşməyəcəksiniz, lakin "Nano Tracks N320" çıxış rejimləri olan məsafədən idarə etmək üçün çox dəqiq pultla təchiz edilib. 
Bu rejimlərdən biri ISO sahə idarəetmə standartı (Caterpillar idarəetmə) təklif edir, digəri tırtılları əsl ekskavator kimi müstəqil idarə etməyə imkan verir. 
 
Təsisçi Conatan Ebbotun sözlərinə görə, hər şey altı il öncə, onun "YouTube"-da bir qrup adamın çox kiçik tam funksiyalı ekskavatorla radioidarəetmədə  oynadığının şahidi olduqdan sonra başlayıb. 
 
O, buna çox maraq göstərib, ona görə də internetdə miniatür ekskavator axtarışına çıxıb, amma heç nə tapmayıb.
 
O zaman o, özü üçün beləsini yaratmaq qərarına gəlib. Conatan avtomatlaşdırılmış lahiləşdirmə sistemindən istifadə etməyi öyrənib, 3D printer alıb, bundan sonra hər şey düşündüyü kimi olub.
 
Conatanın ilk ixtirası qətrandan hazırlanıb, lakin o, kövrək və belə miqyasda davamsız alınıb. Ona görə də o, digər davamlı materiallardan istifadə edib.
 
Lakin "Nano Tracks N320" prototipin yaradılmasına təxminən 2300 saat əziyyətli iş tələb olunub. İndi Ebbot və onun komandası təkraredilən prosedura malikdir, onlar bundan istifadə edərək dünyada ən kiçik tam funksiyalı ekskavatoru kütlələrə təqdim edə bilər.
 
"Nano Tracks N320" ekskavatorunun yaradılması üçün kraudfandinq (vəsait toplamaq) məqsədilə "Kickstarter" saytında 20 min dollar məbləğində yerləşdirilib. Şirkət heyrətamiz uğur qazanıb, Conatan Ebbot 70 gün ərzində bu işi başa çatdırmaq üçün saytda 268 min ABŞ dolları məbləğində vəsait toplayıb.

 

Seçilən
21
moderator.az

1Mənbələr