AZ

Şolts Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxdı

Müharibə şəraitində olan ölkə NATO-ya üzv ola bilməz. Ona görə də Ukraynanın Alyansa dəvət edilməsi gündəmdə deyil.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

Şolts xatırladıb ki, NATO Ukraynanın üzvlüyünün perspektivləri ilə bağlı Vilnüs və Vaşinqtonda keçirilən sammitlərdə qərar verib və onun fikrincə, “hələlik bundan başqa yeni qərarlara ehtiyac yoxdur”.

“Müharibə şəraitində olan bir ölkə NATO-ya üzv ola bilməz, bununla bağlı heç bir fikir ayrılığı yoxdur və NATO-da dəvətlər tez bir zamanda üzvlüklə bağlı olur”.

Bundan başqa, Almaniya kansleri bildirib ki, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi bir tərəfdən Kiyevə dəstəyi təmin edən, digər tərəfdən isə bunun Moskva ilə NATO arasında müharibəyə çevrilməməsini təmin edən balanslaşdırılmış hərəkətlər tələb edir.

"Burada mən öz mövqeyimi çox aydın ifadə edirəm və onu dəyişdirməyəcəyəm", - o, qeyd edib 

QAZİLER.AZ

Seçilən
37
50
qaziler.az

10Mənbələr