AZ

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"a (Niderland) məğlub olub.   Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimiz şotlandiyalı baş hakim Nikolas Uolş idarə etdiyi qarşılaşmaya uğursuz başlayıb. 15-ci dəqiqədə Julio Romao birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Hesabı isə 36-cı dəqidədə fərqənən Kennet Teylor açıb. Amsterdam təmsilçisi 74-cü dəqiqədə Vaut Veqhorstun penalti zərbəsini dəqiq yerinə yetirməsindən sonra fərqi iki topra çatdırıb. Görüşdə yekun hesabı isə 77-ci dəqiqədə adını tabloya yazdıran Çuba Akpom təyin edib. 2 dəqiqə sonra isə Ağdam klubunun heyətində Elvin Cəfərquliyev ikinci sarı vərəqənin ardından qırmızı vərəqə alıb. Bununla da “Qarabağ” oyunu 9 nəfərlə tamamayıb. Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiy kollektiv Avropa Liqasındakı növbəti oyununu noyabrın 7-də Norveç təmsilçisi “Bodo Qlimt”ə qarşı keçirəcək. 22:38 UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda Ağdam təmsilçisinin daha bir futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb. Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Elvin Cəfərquliyev 79-cu dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə görüb. Daha əvvəl 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə almışdı. 21:29 UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda hesab açılıb. Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı maçtda 36-cı dəqiqədə Kennet Teylor qonaqları hesbada irəli çıxarıb - 1:0. "Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb. 21:04 UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ev sahibləri meydanda azlıqda qalıb. Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün 15-ci dəqiqəsində Julio Romao birbaşa qırmızı vərəqə alıb. Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir. 20:48 UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb. Manset.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir. Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir. 19:57 Bu gün “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxacaq. Manset.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Niderland “Ayaks”ı ilə qarşılaşacaq.  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. “Qarabağ” hazırda Liqa mərhələsinin turnir cədvəlində 0 xalla 34-cüdür. Qurban Qurbanovun komandası 1-ci turda “Tottenhem”ə (0:3), 2-ci turda isə “Malmö”yə uduzub (1:2).  Aktivində 4 xal olan “Ayaks” isə 8-ci pillədədir.  Avropa Liqası, Liqa mərhələsi, 3-cü tur. 20:45. “Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland) Hakimlər: Nikolas Uolş, Qraeme Stevart, Kalum Spence, Kristofer Qraham (Şotlandiya) Tofiq Bəhramov adına Respublika Stadionu. Komandaların start heyətləri: “Qarabağ”: Koxalski, Abbas Hüseynov, Kevin Medina, Bədavi Hüseynov (k), Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Zubir, Juninyo Ehtiyat oyunçular: Sadiq Məmmədzadə, Fabian Buntiç, Addai, Bəhlul Mustafazadə, Riçard Almeyda, Kaşuk, Musa Qurbanlı, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade, Nəriman Axundzadə “Ayaks”: Pasveyer, Xato, Şutalo, Ruqani, Rensx, Teylor, Henderson (k), Fits-Djim, Qodts, Veqhorst, Rasmussen

Ehtiyat oyunçular: Qorter, Ramay, Qoey, Veyndal, Brobbi, Ekpom, Ahmedcan Kaplan, Traore, Van den Boomen, Mokyo, Tahiroviç, Banel

Seçilən
13
11
manset.az

10Mənbələr