AZ

“Qarabağ” “Ayaks”a da məğlub oldu - Yenilənib

Bu gün “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi evdə Niderland “Ayaks”ı ilə qarşılaşacaq. 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

“Qarabağ” hazırda Liqa mərhələsinin turnir cədvəlində 0 xalla 34-cüdür. Qurban Qurbanovun komandası 1-ci turda “Tottenhem”ə (0:3), 2-ci turda isə “Malmö”yə uduzub (1:2). 

Aktivində 4 xal olan “Ayaks” isə 8-ci pillədədir. 

Avropa Liqası, Liqa mərhələsi, 3-cü tur.

20:45. “Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland)

Hakimlər: Nikolas Uolş, Qraeme Stevart, Kalum Spence, Kristofer Qraham (Şotlandiya)

Tofiq Bəhramov adına Respublika Stadionu.

Komandaların start heyətləri:

“Qarabağ”: Koxalski, Abbas Hüseynov, Kevin Medina, Bədavi Hüseynov (k), Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Zubir, Juninyo

Ehtiyat oyunçular: Sadiq Məmmədzadə, Fabian Buntiç, Addai, Bəhlul Mustafazadə, Riçard Almeyda, Kaşuk, Musa Qurbanlı, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade, Nəriman Axundzadə

“Ayaks”: Pasveyer, Xato, Şutalo, Ruqani, Rensx, Teylor, Henderson (k), Fits-Djim, Qodts, Veqhorst, Rasmussen

Ehtiyat oyunçular: Qorter, Ramay, Qoey, Veyndal, Brobbi, Ekpom, Ahmedcan Kaplan, Traore, Van den Boomen, Mokyo, Tahiroviç, Banel

***

Matç başladı.

***

15-ci dəqiqədə Romao qırmızı vərəqə alaraq “Qarabağ”ı azlıqda qoyur.

***

Taylor 36-cı dəqiqədə qonaqları hesabda önə çıxarır - 0:1.

***

Veqhorst 74-cü dəqiqədə “Ayaks”ın ikinci qolunu vurur - 0:2

***

77-ci dəqiqədə Akpom qonaqların üçüncü qolunu vurur - 0:3

***

79-cu dəqiqədə “Qarabağ” meydanda 9 nəfərlə qalır. Elvin Cəfərquliyev ikinci sarı vərəqəni alaraq meydandan qovulur.

Seçilən
7
2
qafqazinfo.az

3Mənbələr