AZ

Bəyin oğurlanması,..yox, buna "bəyin qaçması" deyərlər..?

Deməli, Dağıstanda 26 yaşlı yerli bir gənc öz toyu ərəfəsində yoxa çıxıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Nədir məsələ?

...Yenə deməli, neçə müddətmiş ki, dağıstanlı bir gənc sevdiyi qızın arxasınca “sürünürmüş”. Qız isə ona “yox” deyirmiş. Nə bilmək olar, bəlkə də naz satırmış..?

Nəhayət oğlan qızın “saqqızını oğurlaya bilib” deyə qız ona ərə getməyə razılıq verib.

Və hətta toy günü də müəyyən edilib.

Beləliklə, onların nikahının qeydiyyatı oktyabrın 24-ü səhər saat 11-də baş tutmalı imiş.

Lakin toya bir gün qalmış bəy yoxa çıxıb.

Yaxınları və dostları onu tapmağa çalışsalar da, sonradan hüquq-mühafizə orqanlarının əməkdaşları da işə qarışıb. ...Kameralara əsasən, itkin düşən şəxsin maşını rayonun bir sıra ərazilərində görünüb. Bu müddət ərzində onun tapıldığı barədə bir neçə dəfə məlumat ortaya çıxsa da,amma sonradan bunlar hamısı yalan çıxıb.

Bəyin dostlarından birinin iddiasına görə, guya bəy “hələ hazır olmadığı” üçün evlənməkdən qorxur..?

Hazırda toy ləğv edilib vəDağıstanda “Tapmaq” planı işə salınıb.

Maraqlıdır ki, DİN-in respublika idarəsi bildirib ki, itkin düşən şəxsi axtarıb eləyən yoxdur.

Onun dediyinə görə, bu bəlkə də hansısa bir bloggerin hekayəsidir..?

Deyirsən yəni,..adam dolayırlar?

Nazlı Almuradova

Seçilən
18
sia.az

1Mənbələr