AZ

BMT TŞ TUSAŞ-a edilən xain hücumu pisləyib

BMT Təhlükəsizlik Şurası TUSAŞ-a qarşı törədilən terror aktını ən sərt şəkildə pisləyib və hücuma görə məsuliyyət daşıyanların, onu maliyyələşdirənlərin və dəstəkləyənlərin məsuliyyətə cəlb edilməli olduğunu bildirib.

15 üzvdən ibarət BMT TŞTUSAŞ-a Kahramankazan şəhərciyində törədilən terror aktı ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada BMT TŞ üzvlərinin həyatını itirənlərin ailələrinə və yaxınlarına, Türkiyə xalqına və hökumətinə başsağlığı verdikləri, yaralananların tezliklə sağalmasını arzu etdikləri bildirilib.

“BMT TŞ üzvləri bəyan edirlər ki, terror bütün forma və təzahürlərində beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdiddir”.

Açıqlamada, TUSAŞ-a qarşı törədilən terror aktının ən sərt şəkildə pisləndiyi və hücuma görə məsuliyyət daşıyanların, onu maliyyələşdirənlərin və dəstəkləyənlərin məsuliyyətə cəlb edilməli olduğu bildirilib.

Seçilən
4
1
aznews.az

2Mənbələr