AZ

Prezident: “Cənubi Koreya Ukraynaya silah vermək imkanını nəzərdən keçirir”

Şimali Koreya və Rusiya hərbi əməkdaşlığı artıraraq Cənubi Koreyada narahatlıq yaradır. Buna görə də ölkə Kiyevə hərbi yardım göstərmək imkanını nəzərdən keçirir, çünki Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə Rusiya Federasiyasının tərəfində mümkün yerləşdirilməsi məsələsini cavabsız qoymaq istəmir.

NOCOMMENT.az xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Yun Sok Yeol deyib.

Onun sözlərinə görə, Seul hökuməti Rusiyada minlərlə Şimali Koreya əsgərinin döyüş üçün təlim keçdiyi bir vaxtda sakit oturmayacaq.

“Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsi BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birbaşa pozulmasıdır”, – Yun Sok Yeol vurğulayıb.

Seçilən
2
1
nocomment.az

2Mənbələr