AZ

Daha 3 boksçumuz dünya birinciliyində qalib gəlib

Monteneqronun Budva şəhərində keçirilən gənc boksçular arasında dünya birinciliyi davam edir.

Apasport.az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha 3 idmançısı rinqdən qalib ayrılıb.

48 kq çəkidə mübarizə aparan Bilalhəbaşi Nəzərov 1/16 final çərçivəsində Yasur Taalaybek Uulu (Qırğızıstan) ilə qarşılaşıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz 5:0 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda ilk mərhələdən azad olan Jair Bonilla (Ekvador) ilə münasibətinə aydınlıq gətirəcək.

Ömər Aslanlı (54 kq) da debütdə rəqibini məğlub edib. O, 1/16 finalda kubalı Alexandro Sançesə gücünü göstərib. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda inamlı qələbə qazanıb – 5:0 (30:26, 30:25, 30:26, 30:26, 30:27). Aslanlı ikinci görüşünü Bayirjan Muratova (Qazaxıstan) qarşı keçirəcək.

Ziya Həsənov (71 kq) isə 1/16 finala yüksəlib. O, Paul Nevallonu (Trinidad və Tobaqo) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda diskvalifikasiya olunduğundan Həsənov qalib elan edilib. Milli üzvü ikinci sınağında ilk mərhələdən azad olan İqor Bondarla (Moldova) qüvvəsini sınayacaq.

Qeyd edək ki, dünya birinciliyi oktyabrın 3-də başa çatacaq.

Murad Allahverdiyevdən gümüş medal

Millimizdən Avropa çempionatında daha bir medal

Boksçumuz Avropa çempionatında gümüş medal qazanıb

Millimizin 3 boksçusu finalda

Boksçumuz Avropa çempionatında bürünc medal qazanıb

Seçilən
3
13
apasport.az

10Mənbələr