AZ

Yuxusuzluğun həlli: Ağır yorğan

Avropada hər 10 yetkindən biri xroniki yuxusuzluqdan əziyyət çəkdiyi halda, yeni bir araşdırma ağır yorğanların yuxu problemləri, narahatlıq və depressiya üçün yaxşı olduğunu ortaya qoyub.

News24.az xəbər verir ki, Avstraliyanın Flinders Universitetinin tədqiqatçıları ağır yorğanların təsirini araşdırıblar. 

Suzanne Dawson-un rəhbərlik etdiyi komanda, yuxunun yaxşılaşması, dərman istifadəsinin azaldılması və əhval-ruhiyyənin yaxşılaşması ilə bağlı müsbət nəticələrin bildirildiyini müəyyən edib.

"Ağır çəkili yorğanlar yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün maddi, dərmansız müdaxilə təklif edir. Yorğun istifadə edən böyüklər yuxunun daha yaxşı olduğunu, yuxu həblərinin daha az istifadə edildiyini, hətta əhval-ruhiyyənin və ağrının idarə edilməsində təkmilləşdirmələrin olduğunu bildiriblər", - deyib Dawson.

Ancaq tədqiqatçılar bu nəticələrin uşaqlarda deyil, böyüklər arasında olduğunu vurğulayıblar.

Məryəm İlhamqızı

Seçilən
26
1
news24.az

2Mənbələr