AZ

“Qarabağ” və “Ayaks”ın start heyətləri açıqlanıb –Avropa Liqası

UEFA Avropa Liqasının əsas mərhələsinin üçüncü turunda bu gün Bakıda keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) matçı üçün start heyətləri bəlli olub.

Avropa futbol qurumunun rəsmi saytı bildirir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Qarabağ”: Mateuş Koxalski, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Julio Romao, Elvin Cəfərquliyev, Kevin Medina, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Olavio Juninyo.

Baş məşqçi: Qurban Qurbanov.

“Ayaks”: Remko Pasver, Daniele Ruqani, Yosip Şutalo, Cordan Henderson, Vaut Veqhorst, Kristian Rasmussen, Kian Fits-Cim, Kennet Teylor, Anton Qoei, Yorrel Hato, Devayn Renç

Baş məşqçi: Françesko Farioli

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.

Seçilən
3
21
azpost.info

10Mənbələr