AZ

Qəhrəman şəhidimiz Dəyanət Əliyevin anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Dəyanət Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 24-də bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, o, 1982-ci il sentyabrın 18-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub. 2007-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 2009-cu ildən müddətdən artıq hərbi xidmətə başlayan Dəyanət Əliyev 2015-ci ildə tank komandiri kursunu müvəffəqiyyətlə tamamlayıb.

Dəyanət Əliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
31
qht.az

1Mənbələr