AZ

"Tarzan" vəfat etdi

"Tarzan" serialı ilə tanınan aktyor Roni Eli vəfat edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Elinin qızı Kirsten Kasale Eli sosial media hesabında açıqlayıb.

Kirsten atası Elinin sentyabrın 29-da Kaliforniyadakı evində vəfat etdiyini bildirib: "Mənim atam insanların qəhrəman saydığı biriydi. O, aktyor, yazıçı, məşqçi, mentor, ailə başçısı və lider idi".

1938-ci ildə ABŞ-ın Texas ştatında anadan olan Roni Eli 1966-1968-ci illərdə yayımlanan “Tarzan” serialındakı baş rolu ilə tanınıb.

Roni Eli 1975-ci ildə ekranlara çıxan "Doc Savage: The Man of Bronze" filmində də rol alıb.

Müxtəlif televiziya proqramlarına da aparıcılıq edən Eli aktyorluq karyerası xaricində 2 roman yazıb.


Müəllif: Pərvin Cəfərova
Seçilən
7
1
teleqraf.com

5Mənbələr