AZ

Özbəkistanlı jurnalistlər işğaldan azad olunmuş ərazilərimizə səfər edib (FOTO)

Bakı. Trend:

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinintəşəbbüsü və layihəsi ilə oktyabrın 21-dən 25-dək Özbək mətbuatınınnümayəndələrinin ölkəmizə mediaturu təşkil olunub.

Mərkəzdən Trend-ə bildirilib ki, mediatur iştirakçıları Bakı,Füzuli, Şuşa, Ağdam, Laçın və Zəngilan rayonlarında olub, həminərazilərdən materiallar, məqalələr və videoçəkilişlərhazırlayıblar.

Mediatur Azərbaycan Respublikasında “Yaşıl dünya naminəhəmrəylik ili” və ICESCO təşkilatı tərəfindən Şuşa şəhərinin2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elanedilməsi ilə əlaqədar təşkil olunur.

Mediaturda Özbəkistanın Dövlət Milli Teleradio Kompaniyasının“Özbəkistan tarixi” telekanalı, “Ikbol TV” telekanalınıntəmsilçiləri, bu ölkənin kun.uz və anıq.uz internet saytlarınmüxbirləri iştirak edib.

Mediaturun təşkil edilməsində əsas məqsəd, Azərbaycanın əldəetdiyi nailiyyətlər, mədəniyyət və turizm sahəsi, Ermənistanınişğalçılıq siyasəti və işğaldan azad edilən bölgələrimizdətörətdiyi dağıdıcılıq və vandalizm aktları, şəhər və kəndlərimizin,milli mədəni irsimizin dağıdılması, bu ərazilərdə dövlətimiztərəfindən aparılan tikinti-bərpa işləri, tarixi abidələrlə tanışolması, minatəmizləmə əməliyyatı, habelə barədə Özbəkistan vəMərkəzi Asiya ictimaiyyətini məlumatlandırmaqdır.

Media-tur zamanı heyət Ağdam rayonunda AzərbaycanRespublikasının Minatəmizləmə Agentliyinin (ANAMA)-nın Ağdamrayonundakı fəaliyyəti ilə tanışlıq, Ağdam İmarət Kompleksininziyarəti, Füzuli şəhərindəki Uluqbəy məktəbinə səfər Füzulirayonunda Özbəkistan dövlətinin layihəsi ilə inşa edilmiş MirzəUluqbəy adına 1 nömrəli tam orta məktəbinə səfər təşkil edilib.

Bundan başqa, səfər çərçivəsində, Zəngilan rayonunun Ağalıkəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi ilə tanışlıq,əsrarəngiz gözəlliyi və zəngin təbii sərvətləri və böyük turizmpotensialı olan Laçının rayonunda, habelə Şuşa şəhərində CıdırDüzü, Molla Pənah Vaqif məqbərəsi və Şuşa qalasında çəkilişləraparılıb.

Özbəkistanlı
Özbəkistanlı
Özbəkistanlı
Özbəkistanlı
Özbəkistanlı
Özbəkistanlı
Özbəkistanlı
Məqalədə:
Seçilən
12
3
az.trend.az

8Mənbələr