AZ

Filippində "Trami" qasırğası nəticəsində ölənlərin sayı 20-yə çatıb

Filippində "Trami" qasırğası nəticəsində ölənlərin sayı 20-yə çatıb. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə "GMA News" məlumat yayıb.

Yerli polis bildirib ki, ölənlərin hamısı leysan yağışların güclü daşqınlara səbəb olduğu Luzonun cənubundakı Bikol bölgəsinin sakinləridir.

Filippinin Milli Meteorologiya Bürosu qasırğanın episentrində küləyin sürətinin 85 km/saata çatdığını bildirib. Qeyd olunur ki, on minlərlə insan həyatları təhlükəsi ilə əlaqədar evlərindən təxliyə edilib.


Havar Şəfiyeva

Seçilən
10
1
yeniazerbaycan.com

2Mənbələr