Aktyor Hikmət Rəhimov küçədə tum çırtlayıb qabıqlarını yerə atanları sərt şəkildə tənqid edib. Missiya.Az xəbər verir ki, o bu barədə öz instaqram hesabının hekayə bölümündə paylaşım edib.
“Hər gün gözəl Bakı bu vəziyyətdədir. Deyiləcək o qədər sözlər var ki... Kimlərə və hansı beyinlərə dediyini anlayanda və bu beyinlərlə bir şəhərdə yaşadığına görə sadəcə peşman olursan. Övladlarınıza təhsil verin, bəlkə onlardan adam oldu”, - Hikmət əlavə edib.
Zərintac MayisqızıMissiya.Az