Tələsmək lazım deyil.
Azərbaycan BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatının toplantılarında iştirak edir, müzakirələrə qatılır və bu çərçivədə ikitərəfli təmaslardan faydalanır, hələ ki, bu kifayətdir. BRİCS-ə yeni üzvlər qəbul olunsa da, təşkilat sıralarını kütləvi şəkildə artırmaqda maraqlı deyil, Argentina nümunəsi dərs olub. Argentina BRİCS-ə üzv qəbul ediləndən sonra bu ölkənin yeni prezidenti təşkilatdan imtina etdi. Buna görə təsisçi ölkələr BRİCS+ formulu təsis ediblər. Bu, təşkilata üzv olmaq istəyən ölkələr üçün sınaq müddətidir.
Elxan Şahinoğlu
visiontv.az