AZ

DSX-nin "Tufan" gəmisi nümayiş etdirildi - Foto

Oktyabrın 24-də media nümayəndələrinin iştirakı ilə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin xidməti ərazisində media-tur təşkil olunub. Media nümayəndələrini DSX-nin Sahil Mühafizəsi rəisi, general-leytenant Müzəffər Pirizadə qarşılayıb.

Teleqraf.com-un xəbərinə görə, ilk olaraq Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi rəisi və media nümayəndələri xidmət ərazisində şəhidlərin əbədi xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra tədbir dəyirmi masa arxasında davam edib. Media nümayəndələri üçün Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin xidməti-döyüş fəaliyyətini əls etdirən tanıtım çarxı nümayiş olunub.

DSX Sahil Mühafizəsinin rəisi Müzəffər Pirizadə Sahil Mühafizəsinin indiki fəaliyyəti və tarixi barədə media nümayəndələrini məlumatlandırıb.

O bildirib ki, hava şəraitindən asılı olmayaraq sahil mühafizəsi fasiləsiz olaraq xidmətini davam etdirir:

“Sahil Mühafizəsi beynəlxalq tədbirlərdə iştirak edir. Həmçinin, Xəzəryanı ölkələrlə əməkdaşlığı davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində xidmətin gəmiləri dənizdə istənilən çağırışa çevik müdaxilə edə bilir”.

Media-turun davamında media jurnalistlər DSX-nin Sahil Mühafizə Baş Komanda İdarəetmə Mərkəzində olub. Media nümayəndələrinə Xəzərdə üzən, qayda pozan, GPS və radar sistemlərini bilməyərək və ya qəsdən pozan gəmilərlə əlaqə qurulması yolları izah edilib.

Eyni zamanda, jurnalistlər DSX-nin Sahil Mühafizə Dəniz Muzeyini ziyarət ediblər. Orada olan eksponatlarla tanış olublar.

Daha sonra media nümaydələri Təlim Tədris Mərkəzində olub, tədris prosesini yaxından izləyiblər. DSX-nin Sahil Mühafizəsi rəisi, general-leytenant Müzəffər Pirizadə tədris olunan fənlər, metodika və tədris zamanı istifadə olunan texnika və avadanlıqlar barəsində məlumat verib.

Media-turda jurnalistlər eyni zamanda gəmi vasitəsilə açıq dənizə çıxıblar.

Səfər zamanı DSX-nin Sahil Mühafizəsi şöbə rəisinin müavini, lll dərəcəli kapitan Əliyar Məmmədzadə jurnalistlərə bildirib ki, hazırda üzərində durduğumuz gəmi DSX-nin Sahil Mühafizəsinin ll dərəcəli “Tufan” gəmisidir:

“Gəmi Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında DSX-nin Sahil Mühafizəsi bazasında gəmi inşası və təmiri zavodunda hazırlanıb, 15 dekabr 2015-ci ildə istifadəyə verilərək suya buraxılıb. Gəmi yüksək manevr qabiliyyəti və dözümlülük hesabına ölkə başçısının DSX-nin qarşısına qoyulan tapşırıqları tez bir zamanda yerinə yetirmək mümkündür. Gəmi son texnoloji avadanlıqlar ilə təmin olunub. Gəmi ən son aşkaretmə qurğuları, rabitə cihazları, artirelliya raket sistemi ilə təhciz olunub”.


Müəllif: Pərviz Qaralov
Seçilən
24
3
teleqraf.com

5Mənbələr