Azərbaycan millisi FİFA reytinqində 5 pillə geriləyib.
İdman.biz xəbər verir ki, Fernandu Santuşun yetirmələri bu gün açıqlanan cədvəldə 113-cü yerdən 118-ci pilləyə yuvarlanıb.
Bu, komandamızın son 31 ay üçün ən böyük geriləməsidir. Milli 5 və ya daha çox mövqe itirilməsini sonuncu dəfə 2022-ci ilin martında yaşayıb.
2 il 7 ay öncə yığma 8 addım geriləyib. Fevralda 121-ci olan milli bir ay sonra 129-cu yerə düşüb. Sonrakı aylarda ən böyük geriləmə 3 pillə təşkil edib.
Qeyd edək ki, Azərbaycan yığması 1161,80 xalla dünyada 118-cidir.
İdman.biz