AZ

“Seul Ukraynaya silah vermək imkanını nəzərdən keçirir” - Cənubi Koreya prezidenti

“Şimali Koreya ilə Rusiya hərbi əməkdaşlığı artırır və Cənubi Koreyada narahatlıq yaradır. Buna görə də Seul Kiyevə hərbi yardım göstərmək imkanını nəzərdən keçirir”.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Yoon Seok Yeol deyib.

O, bildirib ki, Seul Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə Rusiya Federasiyasının tərəfində yerləşdirilməsi ehtimalını cavabsız qoymaq istəmir.

Onun sözlərinə görə, Seul hökuməti Rusiyada minlərlə Şimali Koreya əsgərinin döyüş üçün təlim keçdiyi bir vaxtda sakit oturmayacaq.

"Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsi BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birbaşa pozulmasıdır", - deyə Yeol vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
16
1
missiya.az

2Mənbələr