AZ

Bu rayonun da hərbi komissarı həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəsifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev həbs edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qərar Bakı Hərbi Məhkəməsi tərəfindən seçilib. Məhkəmənin qərarı Xəyyam Babayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Xəyyam Babayev rüşvət almaqda təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 311-cü maddəsi ilə ittiham verilib.

Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Babayev Xəyyam Mirzə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

Seçilən
11
30
operativmm.az

10Mənbələr