AZ

Azərbaycan hotellərindəki yerlərin 75%-i boş qalıb

2024-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 25,2 faiz artaraq 3269,0 min olmuşdur. Gecələmələrin ümumi sayının 60,4 faizi Bakıda, 5,6 faizi Xaçmazda, 4,3 faizi Naftalanda, 4,3 faizi Qusarda, 4,3 faizi Qubada, 4,0 faizi Qəbələdə, 3,6 faizi Şabranda, 2,4 faizi Lənkəranda, 1,2 faizi Qaxda, 1,1 faizi Masallıda, 1,0 faizi Şamaxıda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 6,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 27,0 faiz artaraq 1772,2 min olmuşdur ki, bu da ümumi gecələmələrin 54,2 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,9 faizi Hindistan, 13,8 faizi Rusiya Federasiyası, 8,7 faizi Səudiyyə Ərəbistanı, 7,0 faizi Türkiyə, 5,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,6 faizi ABŞ, 3,0 faizi Küveyt, 2,8 faizi Qazaxıstan, 2,5 faizi İsrail, 2,5 faizi Böyük Britaniya, 2,4 faizi Pakistan, 2,2 faizi Özbəkistan, 2,1 faizi Çin, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 21,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,0 faizi Bakıda,  4,7 faizi Qəbələdə, 4,3 faizi Qusarda, 3,7 faizi Naftalanda, 3,5 faizi Qubada, 0,6 faizi Şabranda, 2,2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23,1 faiz artaraq 1496,8 min olmuşdur ki, bu da ümumi gecələmələrin 45,8 faizini təşkil edir.

2024-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,7 faiz artaraq 468,5 milyon manat olmuşdur ki, onun da 62,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,7 faizi ictimai iaşə xidmətlərindən, 2,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2024-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 24,8 faiz səviyyəsində olmuşdur (2023-cü ilin yanvar-sentyabr aylarında 20,8 faiz). Bu göstərici Şabranda 63,2 faiz, Naftalanda 45,3 faiz, Bakıda 39,7 faiz, Qusarda 26,6 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

© Banker

Seçilən
6
2
valyuta.az

7Mənbələr