AZ

Məktəblini oğurlamaq istəyən şəxsin kimliyi məlum oldu

Bu gün Bakının Ramana qəsəbəsində uşaq oğurluğuna cəhd edilib.

Yenisabah.az milli.az-a xəbər verir ki, məktəblini oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar ona mane olub və oğlan bu sayədə qaça bilib.

Oğru isə qorxub ərazini tərk edib. Məktəblini oğurlamaq istəyən şəxsin görüntüsü təhlükəsizlik kameralarına düşüb.

Hadisəni törədən şəxsin kimliyi məlum olub. Sözü gedən məktəblinin keçmiş sinif yoldaşı olub. 

Ehtimala görə, o bu əməli zarafat məqsədilə edib. 

Qeyd edək ki, məsələ ilə bağlı ərazi üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdırma başlayıb.


Telegram kanalımız
Seçilən
14
6
yenisabah.az

10Mənbələr