NSA (Milli Təhlükəsizlik Agentliyi) tərəfindən mobil cihazlar üçün nəşr olunan təhlükəsizlik təlimatına daxil edilən üsul istifadəçilər tərəfindən kifayət qədər maraqlı olub.

İndex.az xəbər verir ki, ağıllı cihazlardakı əksər funksiyaların böyük rahatlıq təqdim etdiyini, lakin təhlükəsizliyi pozduğunu bildirən agentlik bələdçidə smartfon sahiblərinin cihazlarını mümkün kiberhücumlardan qorumaq üçün atacaqları sadə addımları sadalayıb.

Bələdçidə ən diqqət çəkən təklif həftədə ən azı bir dəfə “Android” və iOS cihazlarını söndürüb işə salmaq idi.

NSA bəyan edib ki, “Android” və iOS cihazlarını müntəzəm olaraq söndürmək və işə salmaq istifadəçiləri “nizə fişinqi” kimi tanınan hücumdan qoruya bilər.

Agentliyin fikrincə, ən azı həftədə bir dəfə yenidən başlama, həmçinin sıfır klik hücumlarının qarşısını ala bilər.