AZ

Terrorçulardan birinin kimliyi AÇIQLANDI

Ötən gün Ankarada TUSAŞ aerokosmik şirkətinin inzibati binasına hücum edən terrorçulardan birinin şəxsiyyəti məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya rəsmi “X” hesabında bildirib.

Onun sözlərinə görə, digər qadın terrorçunun kimliyi ilə bağlı araşdırmalar davam etdirilir: “Dünən TUSAŞ-da baş verən xain terror aktında zərərsizləşdirilən kişi terrorçunun şəxsiyyəti müəyyənləşib. Onun PKK terror təşkilatının üzvü, “Rojger” kod adlı Ali Örek olması müəyyən edilib.

Şəhidlərimizə bir daha rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Heç bir terror aktı bizi qorxuda bilməz!”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, sözügedən terror hücumu nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Seçilən
3
9
bakivaxti.az

10Mənbələr