AZ

Hazırda Azərbaycanda 90 %-dən artıq məktəb təmirlidir - Emin Əmrullayev

Bakı. Trend:

Hazırda Azərbaycanda 90 %-dən artıq məktəb təmirlidir.

Trend xəbər verir ki, bunuelm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasındadeyib.

Nazir bildirib ki, hər bir məktəbin təmirli olması və oradatədrisin yaxşı təşkili hər zaman nazirliyin qarşısında olanməqsəddir:

"Son beş ildə modul tipli məktəblər də daxil olmaqla 600-ə yaxıntəhsil müəssisəsi ya yenidən tikilib, ya əsaslı təmir olunub, ya daqəzalı vəziyyətdən çıxarılıb. Hər il təxmini 60-70 məktəbi yenidəntikirik. Az sayda bir neçə yüz məktəb qalıb ki, təmirə ehtiyacıvar.

Nəzərə almaq lazımdır ki, hər il əvvəl yeni inşa edilən məktəbbinası da müəyyən səbəbdən köhnəlir. Ümumilikdə məktəblərin inşasıvə təmiri ardıcıllıq və mərhələli şəkildə bu iş davam edir".

Seçilən
18
8
az.trend.az

10Mənbələr