AZ

"Elməddin məndən küsüb"

Aparıcı Fərda Xudaverdiyev və Müşviq Şahverdiyev barışıb.

Bu haqda Fərda "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, münasibətləri yaxşıdır:

"Son 7 ildir heç kimlə küsülü qalmıram. Aramızda hər şey qaydasındadır".

Aktyor toylara tamada kimi getməsindən söz açıb. O, aparıcı Aytəkin Mərdanovanın "Bəs deyirdin toylara aparıcı kimi getmərəm" sualına belə cavab verib:

"2015-ci ildən sonra bir çox filmə çəkildim. Onda dedim ki, toylara getmirəm. Düşünürdüm ki, çəkilişlər olar, toya söz verib gedə bilmərəm. Çünki hər gün çəkiliş olurdu".

Fərda aktyor Elməddin Cəfərovla küsülü olduqlarını açıqlayıb. 

"Elməddin məndən küsüb" deyə, o, əlavə edib.//Axşam.az

Seçilən
4
4
musavat.com

5Mənbələr