AZ

Türkiyədən İraqa kimyəvi məhsul ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyədən İraqa kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çoxalaraq 845 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə İraqa 103,4 milyon dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 14,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki,2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq, 23 milyard 187 milyon dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 2 milyard 216 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 20,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 31 milyard 419 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib.

Seçilən
7
49
turkic.world

10Mənbələr