AZ

Ankarada hücum: hakimiyyət PKK-nı işarə edib

Çərşənbə günü Türk Hava və Kosmik Sənaye şirkətinin (TUSAŞ) Ankaradakı Kahramankazan bölgəsindəki binasına hücum edilib.

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, X hesabında yazıb ki, "TUSAŞ Ankara Kahramankazan obyektlərinə terror hücumu təşkil edilib".

Hücumda 5 nəfərin öldüyünü, 22 nəfərin yaralandığını, yaralılardan 19-nun müalicəsinin davam etdiyini açıqlanıb.

Nazir Yerlikaya hücumu həyata keçirən biri kişi və biri qadın olan iki nəfərin öldürüldüyünü açıqlayıb.

Anadolu Agentliyinin məlumatına görə, hücumda ölənlər TUSAŞ-da keyfiyyətə nəzarət məmuru işləyən Cengiz Coşkun, qurumun digər əməkdaşı Hasan Hüseyn Canbaz, mühəndis-mexanik Zahide Güçlü, mühafizəçi Atakan Şahin Erdoğan və taksi sürücüsüdür Murat Arslan olub.

Daxili işlər naziri Ali Yerlikaya axşam saatlarında verdiyi açıqlamada hümua görə PKK-nı işarə edib.

Azərbaycan-Türkiyə münasibətləri: onları kim soyuqlaşdırdı?Erdoğan: “Qarabağa girdiyimiz kimi, İsrailə də girərik”Türkiyə: AKP-nin bələdiyyə seçkisində məğlubiyyətindən hansı nəticələr çıxır?

"Müdafiə nazirimizin açıqlamalarını da eşitdik. Əvvəlindən baş verməsi və izlədiyimiz görüntülər böyük ehtimalla PKK-nın etdikləri ilə bağlıdır. Bizim qiymətləndirməmiz budur. Son məlumatları sizinlə paylaşacağıq, şəxsiyyətlər dəqiqləşdirilir”, - Ali Yerlikaya deyib.

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​daha əvvəl hücumla bağlı açıqlamasında PKK-ya işarə edərək, “Biz bu PKK-lılara hər dəfə layiq olduqları cəzanı veririk, amma heç vaxt ağlları başlarına gəlmir” deyib.

Yaşar Gülər deyib ki, "Son terrorçu məhv edilənə qədər onların təqib edəcəyik".

Sonrakı saatlarda Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalındakı hədəflərə qarşı hava əməliyyatı başladığını və “32 hədəfin məhv edildiyini” açıqlayıb.

Hücum edənlərin bel çantaları ilə TUSAŞ-dan 12 kilometr uzaqlıqdakı taksi dayanacağına gələrək şəhər mərkəzinə getmək istədikləri bildirilib.

Məlumata görə, daga sonra hücum edənlərdən biri siqaret çəkmək bəhanəsi ilə taksini maşını saxladıb və taksi sürücüsünü güllələyib. Taxsini digər hücum edən şəxsin sürdüyü deyilir.

TUSAŞ-ın qarşısında enən silahlılar təsadüfi atəş açaraq içəriyə doğru hərəkət etdikləri və giriş qapısında bombalı hücum təşkil etdikləri iddia edilir.

Yayım qadağası qoyulub

Türkiyə qanunlarına görə, məhkəmə qərarı ilə hadisə ilə bağlı məlumatların dərc olunmasına qadağa qoyulub.

Türkiyə Radio və Televiziya Üst Şurasının (RTÜK) sədri Ebubekir Şahin qərarı açıqlayarkən ictimaiyyətə "təsdiqlənməmiş məlumatlara qarşı" xəbərdarlıq edib.

Türkiyədə Twitter, Instagram, YouTube kimi sosial media platformalarına daxil olmaqda problemlərin olduğu bildirilir.

TUSAŞ-da

Şəklin mənbəyi, Getty Images

Seçilən
28
27
bbc.com

10Mənbələr