AZ

Lopezin keçmiş əri boşanmalarında Puff Diddini günahlandırıb

Cennifer Lopezin keçmiş əri Ohani Noah boşanmalarına səbəb olmaqda Şon "Diddi" Kombsu günahlandırıb. 

 

Sfera.az bildirir ki, “Despierta America”da çıxışı zamanı Noah JLo ilə 1997-1998-ci illərdə davam edən qısa nikahını xatırlayıb.

 

Sənətçidən ayrılması ilə bağlı suala Noah Ohani:

 

 "Bu boşanmanın bir hissəsi Diddinin günahı idi" - deyə bildirib: 

 

 

"Sony” gəlib ona (Lopez) milyonlar ödəyəndə, ilk “On The 6” albomunda bir neçə treki birgə istehsal edəcək Puff Diddi var idi. Aldatma, yalan, ayrılıq burada başladı”-deyə o əlavə edib.

 

Noah davam ediv: "Mən Los-Ancelesdə restoranımın açılışında idim. O isə, Mayami ilə Nyu York arasında bir albom üzərində işləyirdi."

 

"Orada, o məsafədə aldatma başladı"-deyə Ohani J.Lo ilə boşanması haqqında danışıb. 

 

Ohani Noah və Cennifer Lopez 

 

Müsahibənin başqa bir yerində Noah evliliyinin dağılmasının karyerasına kölgə saldığını da iddia edib.

 

“Cenniferdən soruşmaq istərdim: “Mən sənə nə etdim ki, məni mühakimə etdin, məni ittiham etdin, iftira atdın, haqqımda yalan danışdın, bir neçə şirkətə zəng edərək məni qovdun və digər televiziya şəbəkələri mənə iş vermir? Əgər sənə heç nə etməmişəmsə niyə? Düzünü desin, baş verənlərin hamısını danışsın”- deyə o əlavə edib.

 

Aysel 

 

Seçilən
23
sfera.az

1Mənbələr