AZ

Azərbaycan buna görə Ermənistana 134 min avro ödədi

2024-cü il yanvarın 1-dən oktyabrın 21-dək Azərbaycan aviaşirkətləri Ermənistan Respublikasının hava məkanı vasitəsilə həyata keçirilən uçuşlar üçün "Armaeronavigation" şirkətinə 133 760 avro ödəyib.

Publika.az Axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin açıqlamasında bildirilib.

Xatırladaq ki, 2024-cü il yanvarın 1-dən mayın 31-dək olan müddətdə ödəniş məbləği təxminən 50 min avro, bütün 2023-cü il üçün isə 90 min avro civarında olub.

Bütün bu ödənişlər müəyyən olunmuş qaydada "Avrokontrol"un (Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı) mərkəzi ofisi vasitəsilə həyata keçirilib.

Seçilən
9
15
publika.az

10Mənbələr