AZ

İmişlidə motosikletlə minik maşını toqquşub, xəsarət alanlar var

İmişli, 24 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonunda minik maşını və motosikletin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti ilə Ramiz Əliyev küçələrinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər - Şamil Həsənli və Amil Babayev İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
37
3
azertag.az

4Mənbələr