AZ

Atası Mahir Emrelidən danışdı: Oğlu ilə münasibəti var? - VİDEO

Prodüser Anar Mədətov futbolçu oğlu Mahir Emreli ilə münasibətlərindən danışıb.

Sportinfo.az xəbər verir ki, "Xəbərin var?" verilişinə qonaq olan prodüser ilk evliliyindən olan oğlu ilə əlaqələrinin hazırda nisbətən yaxşı olduğunu vurğulayıb:

"Şükür. Hərdən bir münasibət olur, hərdən bir olmur. Aramızdakı soyuqluq bitib. Hər şeyin bir vaxtı var. Hər şey öz yerini tutur. İndi isə vəziyyət yaxşıdır".

Anar Mədətov Elnurə Mədətova ilə ailəli olub. Cütlük qalmaqallı şəkildə boşanıb.

Onların Aişə və Mahir adlı iki övladı var. Anar Mədətov ikinci dəfə stilist Aygün Abbasova ilə ailə qurub. Onun bu evlilikdən bir oğlu var.

Mahir Emreli hazırda Almaniyada "Nürnberq"in formasını geyinir.

Ətraflı videoda:

Seçilən
15
sportinfo.az

1Mənbələr