AZ

Nəvai avtomobilini satır!

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov lüks avtomobilini satır. 

OLAY yazır ki, bu barədə sənətçi instaqram səhifəsində məlumat yayıb. 

Navai ötən il aldığı “Mercedes-Benz G63 AMG” markalı nəqliyyat vasitəsinin fotosunu izləyiciləri ilə bölüşərək “Onlar deyirdilər ki, sevgi satılmır. Satıram” sözlərini yazıb. 

Sözügedən avtomobilin Rusiyada qiyməti 600 min manat civarındadır.

Qeyd edək ki, N.Bəkirov avtomobil kolleksiyasının 5,6 milyon manat olduğunu açıqlamışdı. 

Seçilən
14
olay.az

1Mənbələr