AZ

“Hizbullah” Həsən Nəsrullahın siyasi varisi Haşim Safi əd-Dinin ölümünü təsdiqləyib

srail Müdafiə Qüvvələri (IDF) dünən, oktyabrın 22-də öldürüldüyünü elan edib.

Media onu sentyabrın 27-də İsrailin hücumu zamanı öldürülən Hizbullahın baş katibi Həsən Nəsrullahın varisi adlandırıb. “Hizbullah icra şurasının sədri cənab Haşim Safi əd-Din üçün yas tutur”, – “Hizbullah”ın bəyanatında deyilir.

Oktyabrın 4-də İsrailin hava hücumu nəticəsində Haşim Safi əd-Dinin öldüyünü “Al Arabiya” və “Axios” nəşrləri yayıb. Dörd gün sonra İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusunun “Nəsrullahın varisi və onun varisinin varisini” (adlarını açıqlamayıb) aradan qaldırdığını söyləyib. Bir gün əvvəl, oktyabrın 22-də İsrail hərbçiləri Haşim Safi əd-Dinin “təxminən üç həftə əvvəl” Beyrut ətrafında yerləşən “Hizbullah”ın kəşfiyyat qərargahına endirilən zərbə nəticəsində öldürüldüyünü bildirib.

Haşim Safi əd-Din Həsən Nəsrullahın əmisi oğludur. O, 1994-cü ildə “Hizbullah”ın icraiyyə komitəsinə rəhbərlik edib. KİV-in məlumatına görə, 1992-ci ildən Livan hərəkatına rəhbərlik edən Həsən Nəsrrala hələ 2008-ci ildə qardaşını öz varisi təyin edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr