AZ

Rusiyanın və Türkiyənin prezidentləri Kazanda görüş keçirib

Bakı. Trend:

"Rusiya-Türkiyə münasibətləri mehriban qonşuluq və konstruktivxarakter daşıyır."

Trend xəbər verirki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazanda TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.

O, Türkiyə ilə BRICS arasında sıx əməkdaşlıq qurmağınvacibliyini vurğulayıb.

Putinin sözlərinə görə, Moskva və Ankara arasında enerjisahəsində strateji əhəmiyyətli əlaqələr mövcuddur. "RusiyaTürkiyənin etibarlı və uzun müddət sınanmış təbii qaztədarükçüsüdür. Ötən il 'Mavi Axın' və 'Türk Axını' boru kəmərlərivasitəsilə 20,5 milyard kubmetr qaz ixrac edilib," deyə o qeydedib. Putin həmçinin Türkiyədə beynəlxalq qaz qovşağınınyaradılması hazırlıqlarının davam etdiyini bildirib.

Prezidentlər regional məsələlər, Suriya sülh prosesi və CənubiQafqazda vəziyyətin normallaşdırılması kimi vacib mövzulara datoxunublar. Putin Ukrayna böhranı ilə bağlı Ərdoğanıməlumatlandırmağa hazır olduğunu əlavə edib və Yaxın Şərqdəkiməsələlərdə Rusiya və Türkiyənin prinsipial mövqelərinin uyğunolduğunu vurğulayıb.

Rusiya lideri Ankarada baş vermiş terror aktını qınayıb vəbaşsağlığı verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başsağlığına görə Putinətəşəkkür edib və 4 nəfərin həlak olduğunu, 14 nəfərin yaralandığınıbildirib.

Ərdoğan həmçinin Rusiya Prezidentinin yaxın zamanda Türkiyəyəsəfər edəcəyini gözlədiyini vurğulayıb və Türkiyə ilə Rusiyaarasında banklararası əməliyyatların normallaşdırılmasıistiqamətində işlərin davam etdiyini qeyd edib.

Seçilən
18
1
az.trend.az

2Mənbələr