AZ

Ankaradakı terror aktı ilə bağlı cinayət işi açıldı

Bakı. Trend:

Ankara Baş Prokurorluğu paytaxtın Kahramankazan rayonunda TUSAŞmüdafiə müəssisəsində törədilən terror aktı ilə bağlı cinayət işiaçıb.

Trend xəbər verir ki, Türkiyətelekanalları müəssisənin girişində baş verən partlayışdan sonrahüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasındaatışmanın başladığı barədə məlumat yayıb.

Zirehli texnikada olan xüsusi təyinatlılar qısa zamanda terroraktı baş verən əraziyə çatıb, helikopterlər havaya qaldırılıb.

Yaralılara kömək etmək üçün Kahramankazana təcili tibbi yardımavtomobilləri göndərilib.

NTV telekanalı terrorçuların insanları girov götürdükləri barədəməlumat yayıb. “İlkin məlumatlara görə, bir qrup terrorçumüəssisənin girişində avtomobili partladıb, bir neçə nəfər isəzavodun ərazisinə daxil ola bilib”, - deyə telekanalın məlumatındabildirilib.

Qeyd edək ki, Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi AnonimOrtaqlığı) obyektlərinə terror hücumu zamanı 4 nəfər ölüb, 14 nəfəryaralanıb. Yaralılardan üçünün vəziyyəti ağırdır. Bir qadın və birkişi olmaqla, iki terrorçu zərərsizləşdirilib.

Əlavə edək ki, Kahramankazanda yerləşən TUSAŞ müəssisəsində PUA,təyyarə və helikopter istehsal edilir. Burada Türkiyənin beşincinəsil KAAN hərbi təyyarəsi yığılır.

Türkiyə Silahlı Qüvvələri TUSAŞ məhsullarından antiterrorəməliyyatları zamanı istifadə edir.

Seçilən
16
1
az.trend.az

6Mənbələr