AZ

Türkiyədəki terrorun yeni görüntüləri yayıldı - Video

Ankarada TUSAŞ aerokosmik şirkətinin inzibati binasına terror hücumu təşkil edən və əsir götürülənlərin görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.

Ölkənin daxili işlər naziri Ali Yerlikaya Kahramankazan rayonunda baş verən terror hücumu zamanı həlak olanlar və xəsarət alanların olduğunu açıqlayıb. Onların sayı barədə hələlik məlumat verilməyib.

Kamera qeydlərinə görə, hücumçulardan birinin kişi, o birinin qadın olduğu məlumdur. Onların axtarışları davam edir. Məlumata görə, onlar şirkətin binasına daxil olaraq, işçiləri əsir götürüblər.

Hücum anının görüntülərini təqdim edirik:


Seçilən
21
5
qafqazinfo.az

7Mənbələr