AZ

Türkiyədəki terrorla bağlı yayım qadağası qoyuldu


“Qürurumuz olan, yerli və milli müdafiə məhsullarımızın inkişaf etdirildiyi TAİ-nin Kahramankazan obyektlərində törədilən terror hücumundan sonra müvafiq məhkəmə tərəfindən yayım qadağanı qərarı çıxarıldı”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Radio və Televiziya Ali Şurasının (RTÜK) sədri Əbubəkir Şahin açıqlama verib.
“Müəyyən edilib ki, mətbuatımızda rəsmi orqanlar tərəfindən verilən açıqlamalardan başqa, xüsusilə də sosial şəbəkələrdən yayılan təsdiqlənməmiş məlumat və görüntülər yer alır. Terrorizmi təbliğ edən nəşrlərin dərhal dayandırılması vacibdir. Monitorinq ekspertlərimizin hesabatından sonra yayım qadağasına əməl etməyənlərə qarşı ən ağır sanksiyalar tətbiq olunacaq”, - məlumatda deyilib. 
Xatırladaq ki, “Türk Aerokosmik Sənayesi” şirkətinin (TUSAŞ) paytaxt Ankaranın Kahramankazan bölgəsində yerləşən obyektlərindən birində terror aktı törədilib. Hadisə nəticəsində ölən və yaralananların olduğu deyilib. 
Seçilən
16
yeniavaz.com

1Mənbələr