AZ

Ankarada terror: 3 terrorçudan ikisi zərərsizləşdirilib

Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücumu həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.

Qeyd edək ki, Türkiyə Respublika Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb.
Seçilən
5
2
sherg.az

10Mənbələr